Suriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olub

Suriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olub Suriyanın Xama əyalətində yol kənarına quraşdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub
Digər ölkələr
7 Mart , 2021 19:03
Suriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olub

Suriyanın Xama əyalətində yol kənarına basdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al Ihbaria” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Salamiya şəhərindən şərqdə yerləşən kəndlərdən birində olub. Məlumata görə, iki avtobus minalara düşərək partlayıb.

Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, minalar yola İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.

Son xəbərlər

Orphus sistemi