Yuxarı

Suriyada partlayışda 22 nəfər ölüb

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

Bakı. 11 dekabr. REPORT.AZ/ Suriyanın şimal-şərqində Tell-Tamer şəhərində törədilən partlayış nəticəsində 22 nəfər həlak olub, onlarla sakin yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Skynews Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, ötən gün terrorçu İŞİD qruplaşmasının silahlıları bu bölgəyə daxil olub.

Qeyd edək ki, partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi