Bakı. 22 iyun. REPORT.AZ/ Suriyanın İdlib əyalətində bomba partladılması nəticəsində 5 mülki sakin ölüb, 35 nəfər yaralanıb.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu İdlib əyaləti Mülki Müdafiə Cəmiyyətinin sədri Məhəmməd Hac Yusuf bildirib.
Onun sözlərinə görə, əyalətin qərb tərəfdən girişində Qızıl Ay Cəmiyyətinin qərargahı yerləşən küçədə bir motosiklet və bir neçə avtomobilə yerləşdirilmiş bombalar bir-birinin ardınca partlayıb.
Məhəmməd Hac Yusuf deyib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ətrafdakı binalara və avtomobillərə zərər dəyib.
Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.