Bakı. 7 may. REPORT.AZ/ 2015-ci ilin iyulunda Suriyanın Hələb şəhərində oğurlanmış 3 ispan jurnalisti azad olunub. "Report"un məlumatına görə, bu barədə "Efe" agentliyi məlumat yayıb.
Məlumata görə jurnalistlər - Antonio Pamplieqa, Xose Manuel Lopes və Anxel Sastre ötən ilin iyulunda Suriyada yoxa çıxıblar. Onlar bir sıra ölkələrin, o cümlədən Türkiyə və Qətərin vasitəçilikləri ilə azad ediliblər.
Hələbdə olan jurnalistlərlə son dəfə 2015-ci ilin 12 iyulunda əlaqə saxlamaq mümkün olub.
İspanlar Türkiyədən Suriyaya ötən ilin 10 iyulunda keçmişdilər.