Yuxarı

​Suriyada ordu vertolyotunun heyət üzvləri terrorçulara əsir düşüb

Vertolyot ölkənin şimal-qərbində qəzaya uğrayıb

Bakı. 22 mart. REPORT.AZ/ Suriyada qəza enişi edən Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun heyət üzvləri terrorçulara əsir düşüb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, daha bir təyyarəçi öldürülüb.

Suriyada İnsan Haqları üzrə Müşahidə Şurasının məlumatına görə, hərbi vertolyot "Nüsra Cəbhəsi" terror qruplaşması üzvlərinin nəzarəti altında olan regionda məcburi eniş edib.

"Əl-Qaidə"ə yaxın olan qruplaşmanın döyüşçüləri vertolyotun heyət üzvlərinə hücum edərək onlardan birini qətlə yetiriblər, digərləri isə əsir götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi