Suriyada "Nüsra cəbhəsi" terror qruplaşmasının liderlərindən biri öldürülüb

Suriyada "Nüsra cəbhəsi" terror qruplaşmasının liderlərindən biri öldürülüb Terrorçuların toplantı keçirdikləri obyektlərə artilleriya zərbələri endirilib
Digər ölkələr
3 Yanvar , 2017 22:30
Suriyada Nüsra cəbhəsi terror qruplaşmasının liderlərindən biri öldürülüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Suriya ordusu Homs əyalətinin şimalında "Nüsra cəbhəsi" terror qruplaşmasının ən azı 7 yaraqlısını, o cümlədən onun liderlərindən birini məhv edib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, hökumət qüvvələri terrorçuların toplantı keçirdikləri Əl-Mahatta və Cavalek yaşayış məntəqələrindəki obyektlərə artilleriya zərbələri endirib.

Öldürülən terrorçular arasında qruplaşma liderlərindən biri olan Məhəmməd Qasim əl-Haj da var.

Son xəbərlər

Orphus sistemi