​Suriyada "Nüsra cəbhəsi"nin doqquz silahlısı öldürülüb

​Suriyada "Nüsra cəbhəsi"nin doqquz silahlısı öldürülüb Terrorçuların mövqelərinə üç raket atılıb
Digər ölkələr
8 Mart , 2015 21:23
​Suriyada Nüsra cəbhəsinin doqquz silahlısı öldürülüb

Bakı. 8 mart. REPORT.AZ/ Suriyanın şimal-qərbində havadan endirilən zərbələr nəticəsində "Əl-Qaidə" terror təşkilatının bölməsi olan "Cebahat ən-Nüsra" silahlı qruplaşmasının doqquz üzvü öldürülüb.

"Report" xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurasına istinadən "Reuters" məlumat yayıb.

Hüqüq müdafiəçilərinin məlumatına görə, öldürülənlərdən dördü əcnəbi döyüşçü olub.

Terrorçuların mövqelərinə üç raket atıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi