Yuxarı
    Bağlamaq

    Suriyada bir həftə ərzində atəşkəs elan oluna bilər

    Münhendə Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclası baş tutub

    Bakı. 12 fevral. REPORT.AZ/ "Suriyada hərbi əməliyyatların dayandırılması qərarı münaqişə tərəflərinin razılığı alındıqdan bir həftə sonra elan olunacaq". "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Münhendə Suriyaya Beynəlxalq Dəstək Qrupunun iclasının yekununda təşkil olunan birgə mətbuat konfransında ABŞ Dövlət katibi Con Kerri bəyan edib.

    "Bütün tərəflər atəşkəsin əldə olunması istiqamətdə addımlar atmağa hazırdır. Bu qərar İŞİD və "Cəbhət ən-Nusra" kimi terror qruplaşmaları istisna olmaqla bütün münaqişə tərəflərini əhatə edəcək", - deyə Kerri vurğulayıb.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində bildirib ki, rəsmi Dəməşq ilə müxalifət arasındakı danışıqlar prosesi ən qısa müddət ərzində bərpa olunmalıdır.

    Onun sözlərinə görə, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə təşkil olunan danışıqlarda heç bir ultimatum və şərt gündəmə gətirilməməlidir. 

    "BMT-nin Suriya ilə bağlı qətnamələrinə əməl olunmalı, qanunsuz neft ticarətinin qarşısı isə alınmalıdır", - deyə Lavrov əlavə edib.

    Suriyada atəşkəs rejiminin tətbiqinin əhəmiyyətini vurğulayan Staffan de Mistura isə, "Bilirəm ki, bu qədər qısa müddət ərzində döyüşlərin dayandırılması çox çətin məsələdir. Lakin bunu Suriya xalqı tələb edir. Biz də atəşkəs üçün əlimizdən gələni etməliyik", - deyə qeyd edib.

    Qeyd edək ki, ötən axşam Münhendə aparılan danışıqlar zamanı üç bənddən ibarət plan qəbul edilib. Bu sənəd Suriyada hərbi əməliyyatların dayandırılmasını, humanitar vəziyyətin yaxşılaşdırılması və sülh danışıqlarının bərpasını nəzərdə tutur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi