​Suriyada məktəbli avtobusu bombalandı: 4 uşaq ölüb, 10-dan çox məktəbli yaralanıb

​Suriyada məktəbli avtobusu bombalandı: 4 uşaq ölüb, 10-dan çox məktəbli yaralanıb Hadisə qurbanlarının sayının artacağı ehtimal edilir
Digər ölkələr
23 Dekabr , 2014 10:00
​Suriyada məktəbli avtobusu bombalandı: 4 uşaq ölüb, 10-dan çox məktəbli yaralanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Suriyanın şimal-qərbində hava hücumu nəticəsində azı 4 uşaq ölüb, 10-dan çox məktəbli yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Mərkəzinin məlumatına görə, Bəşər Əsədə bağlı Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin havadan zərbələri məktəbliləri daşıyan avtobusa dəyib. Hadisə İdlib əyalətinin Cubbas rayonunda baş verib.

Mərkəzin məlumatında bildirilib ki, ölən və yaralananlar əsasən yaşı 10-dan az olan uşaqlardır.

"Ağır yaralıların sayı çox olduğundan ölənlərin sayı arta bilər", - mərkəz bildirib.

Son xəbərlər

Orphus sistemi