Suriyada kürdlər ən iri neft yataqlarından birini nəzarət altına alıblar

Suriyada kürdlər ən iri neft yataqlarından birini nəzarət altına alıblar Əl-Ömər yatağı əvvəl İŞİD-in nəzarəti altında olub
Digər ölkələr
23 Oktyabr , 2017 03:59
Suriyada kürdlər ən iri neft yataqlarından birini nəzarət altına alıblar

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Suriya Demokratik Qüvvələri" qruplaşmasının (SDQ) ərəb-kürd birləşmələri Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Əl-Ömər iri neft yatağını nəzarətə götürüb.

“Report” xəbər verir ki, bu barədə SDQ-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Əl-Ömər Suriyanın iri neft yataqlarından biridir. O, bundan əvvəl İŞİD terror təşkilatının nəzarəti altında idi. Qruplaşma bu yataqdan əldə olunan neft satışı hesabına çox işlər görüb.

Son xəbərlər

Orphus sistemi