Suriyada terror aktları törədilib: yaralananlar var

Suriyada terror aktları törədilib: yaralananlar var Partlayışlar nəticəsində iki polis əməkdaşı və bir dinc sakin yaralanıb
Digər ölkələr
18 May , 2017 07:04
Suriyada terror aktları törədilib: yaralananlar var
Foto: "Anadolu"

Bakı. 18 may. REPORT.AZ/ Suriyanın İŞİD-dən azad edilmiş Aazaz və əl-Rai rayonlarında sutka ərzində iki partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, partlayışlar nəticəsində iki polis əməkdaşı və bir dinc sakin yaralanıb. Belə ki, yerli vaxtla saat 20:56-da naməlum şəxslər Aazazda minalanmış avtomobili partladıblar. Partlayış nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.

Onlar Türkiyənin Kilis vilayətinin dövlət xəstəxanasına çatdırılıblar. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Eyni zamanda əl-Raidədə baş vermiş partlayış zamanı 1 dinc sakin xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi