Yuxarı

​Suriyada iki iranlı general həlak olub

Onlar Suriyada İslam Dövləti yaraqlılarına qarşı döyüşlərdə iştirak edirdilər

Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriyadakı döyüşlərdə iki iranlı general həlak olub. "Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İslam İnqilabı Mühafizə Korpusundan olan (İİMK) general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbənd oktyabrın 12-də döyüş zamanı həlak olublar. Onların dəqiq harada həlak olmaları haqqında məlumat verilmir və yalnız o qeyd olunur ki, onlar Suriyada "İslam Dövləti" yaraqlılarına qarşı döyüşlərdə iştirak edirdilər.

Xatırladaq ki, oktyabrın 8-də Suriyada İŞİD yaraqlılarına qarşı Bəşşar Əsəd qüvvələrinə hərbi əməliyyatların təşkilində kömək edən iranlı general Hüseyn Həmədani Hələb yaxınlığında həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi