​Suriyada II əsrə aid məbədin partladılma kadrları yayılıb - FOTO

​Suriyada II əsrə aid məbədin partladılma kadrları yayılıb - FOTO Kadrlarda tarixi abidənin necə məhv edildiyi görünür
Digər ölkələr
26 Avqust , 2015 00:21
​Suriyada II əsrə aid məbədin partladılma kadrları yayılıb - FOTO

Bakı. 26 Avqust. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri avqustun 25-də Suriyanın antik Palmir şəhərində yerləşən Baalşamin məbədinin necə partladıldığının kadrlarını "Twitter" sosial şəbəkəsinə yerləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə Amerikanın terrorçuların onlayn-fəallığını izləyən "SITE Intelligence Group" saytı məlumat yayıb.

Hesabat 5 şəkildən ibarətdir. Fotolarda üzü bağlı şəxslərin tarixi binanın müxtəlif yerlərinə necə bomba çəlləkləri yerləşdirdiyini və onu məhv etdiklərini görmək olar.

Bu məbəd 131-ci ildə inşa olunub və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən antik şəhərin mühüm abidəsi hesab olunurdu. İlkin məlumatlara görə, məbəd avqustun 23-də partladılıb.

Son xəbərlər

Orphus sistemi