Bakı. 9 iyul. REPORT.AZ/ İsrailin Suriyanın Homs əyalətində yerləşən "Tifor" (T-4) aviabazasına zərbə endirdiyi ehtimal edilir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA milli informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin raket əleyhinə müdafiə qüvvələri hücumun qarşısını alıb.
"İsrailin "Tifor" aviabazasına hücumu barədə məlumatlar daxil olub", - deyə agentlik yazıb.