Suriyada İslam Dövləti təşkilatının silah anbarı partlayıb

Suriyada İslam Dövləti təşkilatının silah anbarı partlayıb Deyr Əzzor əyalətində silah anbarının partlaması nəticəsində 25 İD tərəfdarı həlak olub
Digər ölkələr
1 May , 2015 01:38
Suriyada İslam Dövləti təşkilatının silah anbarı partlayıb

Bakı. 1 May. REPORT.AZ/ Suriyanın Deyr Əzzor əyalətində silah anbarının partlaması nəticəsində terrorçu "İslam Dövləti" qruplaşmasının 25 döyüşçüsü həlak olub. Ən azı 20 nəfər yaralanıb.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, partlayan anbar Əl-Məyadin məntəqəsində yerləşib.

Partlayışın hücum yoxsa təsadüf nəticəsində baş verdiyi bilinmir.

Qeyd edək ki, Deyr-Əzzor əyalətinin əksər əraziləri İD-in nəzarətindədir. 

Son xəbərlər

Orphus sistemi