Suriyada İŞİD-in silah anbarı partlayıb, azı 20 nəfər ölüb

Suriyada İŞİD-in silah anbarı partlayıb, azı 20 nəfər ölüb Partlayış nəticəsində 15 ev dağılıb
Digər ölkələr
11 May , 2017 03:39
Suriyada İŞİD-in silah anbarı partlayıb, azı 20 nəfər ölüb

Bakı. 11 may. REPORT.AZ/ Suriyada İŞİD terror qruplaşmasına məxsus döyüş sursatı anbarında baş verən partlayış nəticəsində azı 20 nəfər həyatını itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Bildirilir ki, terrorçuların Deyr-əz-Zor əyalətində döyüş sursatı anbarı kimi istifadə etdikləri evdə çərşənbə günü axşam üç partlayış baş verib.

Nəticədə 15 ev dağılıb, bir neçə avtomobil yararsız vəziyyətə düşüb.

Son xəbərlər

Orphus sistemi