Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Dəməşqdən 97 km. cənubda yerləşən Əs-Suveyd şəhərində minalanmış avtomobili partladıblar.
"Report" xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.
Məlumata görə, terror aktı hərbçilərin müalicə olunduğu "Əl-Vatani" hospitalının yanında törədilib.
İlkin məlumatlara görə, ölən və yaralananlar var.