Bakı. 30 aprel. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.
“Report” “Haberler”ə isitinadən xəbər verir ki, aprelin 29-da gecə saatlarında endirilən raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.
*** 01:57
Suriyanın hərbi obyektlərinə raket zərbələri endirilib.
"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusunun Hələb və Hama yaxınlığındakı mövqeləri zərbələrə məruz qalıb.
Zərbələrin hansı hərbi qüvvələr tərəfindən endirildiyi açıqlanmır.