Suriyada hərbi bazada güclü partlayış olub

Suriyada hərbi bazada güclü partlayış olub Suriya Hərbi Hava Qüvvələrinin Homs əyalətinin Şayrat rayonunda yerləşən hərbi bazasında, vaxtı keçən partlayıcı materialların başqa yerə daşınması zamanı güclü partlayış baş verib.
Digər ölkələr
3 Avqust , 2019 19:11
Suriyada hərbi bazada güclü partlayış olub

Suriya Hərbi Hava Qüvvələrinin Homs əyalətinin Şayrat rayonunda yerləşən hərbi bazasında, vaxtı keçən partlayıcı materialların başqa yerə daşınması zamanı güclü partlayış baş verib.

Report “TASS”a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Qeyd olunub ki, partlayış yol verilən ehtiyatsızlıq səbəbindən olub. Agentliyin məlumatına görə, hərbi bazada olan bir neçə nəfər həlak olub.

“Al Arabia” telekanalının saytı isə hüquq müdafiəçilərinə istinadən bildirib ki, partlayış nəticəsində ən azı 12 hərbi qulluqçu ölüb. Rəsmi Dəməşq bu məlumatı təsdiq etməyib.

Son xəbərlər

Orphus sistemi