Suriyada hava hücumunda 18 nəfər ölüb, 35 nəfər yaralanıb

Suriyada hava hücumunda 18 nəfər ölüb, 35 nəfər yaralanıb Onların arasında qadın və uşaqlar da var
Digər ölkələr
22 İyul , 2015 22:37
Suriyada hava hücumunda 18 nəfər ölüb, 35 nəfər yaralanıb

Bakı. 22 iyul. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin Bab rayonuna bağlı Kadr Brec kəndinə həyata keçirilən hava hücumu zamanı 18 mülki vətəndaş ölüb, 35 nəfər yaralanıb. Onların arasında qadın və uşaqlar da var.

"Report"un "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Suriya Ali İnqilab Şurası məlumat yayıb.

Məlumatda Bəşşar Əsədə bağlı qüvvələrə məxsus helikopterin İŞİD terror qruplaşmasının nəzarəti altında olan kəndə 4 bomba atdığı qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi