Yuxarı

Suriyada hava bazasında Rusiyaya göndərilməsi üçün əmlakın yüklənməsinə başlanılıb - VİDEO

Rusiya hərbi qrupunun şəxsi heyəti geri dönüşə hazırlığa başlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya hərbi qrupunun Suriyadakı şəxsi heyəti geri dönüşə hazırlığa başlayıb, avadanlıqlar və maddi-texniki vəsaitlər hərbi nəqliyyat aviasiyasının təyyarələrinə yüklənilməyə başlayıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Suriyanın Hmeymime bölgəsindəki Rusiya hava bazasının şəxsi heyəti oradakı əmlakını təyyarələrə yükləyib geriyə - Rusiyaya dönüşə hazırlaşır. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi