Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşşar Əsədə məxsus hərbçilərin mindiyi avtobusun partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Digər ölkələr
4 Avqust , 2021 16:33
Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşşar Əsədə məxsus hərbçilərin mindiyi avtobusun partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Dəməşqdəki “Ikhbariya” dövlət televiziyası yayıb.

Bildirilib ki, hadisə avqustun 4-də səhər saatlarında Dəməşqin qərbində yerləşən Masakin əl-Hirs rayonunda baş verib.

Məlumata görə, partlayışa səbəb elektrik xəttindəki qısaqapanma olub. Partlayış nəticəsində sürücü ölüb, 3 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi