Yuxarı

​Suriyada erməni məhəllələri raket atəşinə tutulub

Ölən və yaralanan olmayıb, maddi ziyan dəyib

Bakı. 15 aprel. REPORT.AZ/ Ötən gün səhər saatlarından başlayaraq Suriyanın Hələb şəhərinin ermənilər yaşayan məhəllələri intensiv raket atəşinə məruz qalıb.

"Report" xəbər verir ki, mərmilər, xüsusilə Müqəddəs Din Şəhidi kilsəsi və Vilaner məhəlləsi ərazisinə düşüb.

Hələbin digər məhəllələri də atəşə məruz qalıb. Nəticədə ölən və yaralanan olmayıb, məhəllələrə maddi ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi