Suriyada Deyr-əz-Zor məhəllələrinin terrorçulardan təmizlənməsinə başlanılıb

Suriyada Deyr-əz-Zor məhəllələrinin terrorçulardan təmizlənməsinə başlanılıb Bazar ertəsi Suriya ordusu terrorçuları iki yaşayış məntəqəsindən çıxarıb
Digər ölkələr
18 Oktyabr , 2017 06:59
Suriyada Deyr-əz-Zor məhəllələrinin terrorçulardan təmizlənməsinə başlanılıb
Courtesy İmage

Bakı. 18 oktyabr. REPORT.AZ/ Suriya ordusu İŞİD terror qruplaşması üzvlərinin əlində olan Deyr-əz-Zor məhəllələrinin təmizlənməsi üzrə əməliyyata başlayıb.

“Report” xəbər verir ki, bazar ertəsi Suriya ordusu terrorçuları iki yaşayış məntəqəsindən çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Manar" telestansiyası məlumat yayıb.

Hökumət qüvvələri çərşənbə axşamı Ər-Rassafa və Hay-əl-Ummal rayonlarında terrorçuların müdafiəsini yarıb və Səid limanı küçəsinə doğru irəliləməkdədirlər.

"Əl-Manar"ın məlumatına görə, İŞİD terrorçuları arasında ölən və yaralananlar var. Dəqiq məlumat yoxdur.

Bazar ertəsi qoşunlar terrorçuları Salihiyyə və Hüseyniyyə yaşayış məntəqəsindən çıxarmağa müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi