​Suriyada 18 İran hərbçisi öldürülüb

​Suriyada 18 İran hərbçisi öldürülüb Həlak olanların meyitləri İrana gətirilib və müxtəlif əyalətlərdə dəfn edilib
Digər ölkələr
5 May , 2016 05:53
​Suriyada 18 İran hərbçisi öldürülüb

Bakı. 5 May. REPORT.AZ/ Suriyada gedən döyüşlərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun 18 hərbçisi öldürülüb. "Report"un məlumatına görə, bu barədə İranın kütləvi informasiya vasitələri məlumat yayıb.

Xəbərdə bildirilir ki, həlak olanların əksəriyyətini Əfqanıstandan və Pakistandan gəlmələr təşkil edir.

Öldürülənlərdən 13 nəfəri "Fatimiyun" briqadaları sıralarında döyüşənlərdən ibarət olub. Beş döyüşçü isə İran İslam İnqilabı Keşikçilər Korpusunun Əfqanıstanın və Pakistanın seçmə qoşun döyüşçülərindən ibarət "Zeynəbiyyun" briqadasının hərbçiləri imiş.

Öldürülənlərin meyitləri İrana gətirilib və ölkənin müxtəlif əyalətlərində dəfn edilib.  

Son xəbərlər

Orphus sistemi