Yuxarı

Suriyada "Cəbhət ən-Nüsra" və "Ceyş əl-Fəth"in komandirləri öldürülüb

Naməlum təyyarə terrorçuların mövqelərinə havadan zərbə endirib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Suriyada fəaliyyət göstərən "Cəbhat Fəth əş-Şam" (keçmiş "Cəbhat ən-Nüsra") və "Ceyş əl-Fəth" terror qruplaşmalarının səhra komandirləri ölkənin şimal-qərbində naməlum təyyarə tərəfindən endirilən zərbələr nəticəsində zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "Sinxua" məlumat yayıb.

Havadan zərbələr Suriya üsyançıları liderlərinin Hələb əyalətində keçirilən görüş yerinə endirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi