​Suriyada baş vermiş atışmalarda 8 nəfər ölüb

​Suriyada baş vermiş atışmalarda 8 nəfər ölüb Qırmızı Aypara Cəmiyyətinin avtomobili də atəşə tutulub
Digər ölkələr
19 İyun , 2016 00:07
​Suriyada baş vermiş atışmalarda 8 nəfər ölüb

Bakı. 19 iyun. REPORT.AZ/ Bir qrup silahlı şəxsin Suriyanın Hələb şəhərinin Şeyx Maqsud yaşayış məntəqəsini atəşə tutması nəticəsində 8 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə Suriya Demokratik Şurasının üzvü Rizan Xadu məlumat verib.

Onun sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin nümayəndələrinin avtomobilləri yaralıları daşımaq istəyiblər.

Lakin cəmiyyətin avtomobillərindən biri atəşə məruz qalıb.  

Son xəbərlər

Orphus sistemi