​Suriyada atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib

​Suriyada atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib Söhbət rəsmi Dəməşq ilə müxalifət qrupları arasında barışıqdan gedir
Digər ölkələr
27 Fevral , 2016 02:33
​Suriyada atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib

Bakı. 27 fevral. REPORT.AZ/ Suriya qoşunları ilə ölkənin silahlı müxalifət dəstələri arasında çoxdan gözlənilən atəşkəs rejimi Dəməşq vaxtı ilə cümə günündən şənbəyə keçən gecə (Bakı vaxtı ilə 02:00-da) rəsmi olaraq qüvvəyə minib.

"Report" xəbər verir ki, atəşkəs rejiminin müəyyən edilməsi şansları bazar ertəsi Rusiya və ABŞ liderlərinin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatla çıxış etmələrindən sonra yaranıb.

Dəməşq, bir sıra müxalifət qruplaşmaları və Suriyaya Beynəlxalq Dəstək Qrupu ölkələrinin bir hissəsinin təsdiqini alan bəyanata əsasən, barışıq İŞİD, "Nüsra cəbhəsi", həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən terroor təşkilatı kimi tanınan qruplaşmalara şamil edilməyəcək.

Son xəbərlər

Orphus sistemi