Bakı. 21 yanvar. REPORT.AZ/ Suriyada ABŞ və terrorçu PKK/PYD-YPG-nin hərbi karvanına hücum nəticəsində 5 nəfər ölüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hücum nəticəsində 2 amerikalı hərbçi yaralanıb.
Yaralı hərbçilərdən birinin vəziyəti ağırdır.
*** 15:01
Suriyada ABŞ və terrorçu PKK/PYD-YPG hərbi konvoyuna hücum nəticəsində 5 nəfər ölüb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı “France Press” yayıb.
Hadisə Suriyanın əl-Hasake əyalətində, Habur çayı yaxınlığında baş verib.
Bildirilib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi patrulunun terrorçu PKK/YPG-PYD qruplaşmasnın qurduğu məntəqəyə keçidi zamanı minalanmış avtomobillə hücum olub.
Partlayış nəticəsində 5 nəfər ölüb, yaralılar da var.