Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var

Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var Suriyada ABŞ ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.
Digər ölkələr
203
20 Aprel , 2020 16:33
Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var

Suriyada ABŞ ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Suriyanın əl-Hasake şəhərində olub.

Bildirilib ki, bir qrup ABŞ hərbçisi və terrorçu PKK/YPG-PYD qruplaşmasının formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nin silahlılarını daşıyan “Hammer” tipli hərbi maşına əl-Hasekenin cənub-qərbində yerləşən Ruveyşid kəndində naməlum şəxslər hücum edib.

Qeyd edək ki, aprelin 6-da əl-Haseke ilə sərhəddə yerləşən Deyr-əz-Zor əyalətində naməlum şəxslər ABŞ hərbçiləri və SDQ silahlılarına hücum etmişdi. Nəticədə ABŞ-ın bir hərbi zabiti və SDQ-nin iki silahlısı ölmüşdü.

Son xəbərlər

Orphus sistemi