Suriyada 2 uşaq minaya düşərək ölüb, 3-ü yaralanıb

Suriyada 2 uşaq minaya düşərək ölüb, 3-ü yaralanıb Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriyanın cənubunda yerləşən Deraa əyalət mərkəzinin yaxınlığındakı Əl-Qaziyə və Şəcərə qəsəbələrində 2 uşaq terrorçuların basdırdığı minaya düşərək ölüb, daha 3-ü yaralanıb.
Digər ölkələr
14 Oktyabr , 2018 14:05
Suriyada 2 uşaq minaya düşərək ölüb, 3-ü yaralanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriyanın cənubunda yerləşən Deraa əyalət mərkəzinin yaxınlığındakı Əl-Qaziyə və Şəcərə qəsəbələrində 2 uşaq terrorçuların basdırdığı minaya düşərək ölüb, daha 3-ü yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən rayonu iyulda tərk edən İŞİD terror təşkilatının yaraqlıları gedərkən kənd yolarının kənarlarına çoxlu sayda mina basdırıblar. Bu, Suriya ordusu tərəfindən azad edilmiş ərazilərdə dinc həyatın bərpasına mane olmaq məqsədi ilə edilib.

Terrorçular Suriyanın digər rayonlarında da yolları, torpaq sahələrini, bağları və tikililəri minalayıblar.

Bundan əvvəl beynəlxalq koalisiyanın Suriyada İŞİD-in mövqelərinə hava zərbələri endirdiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi