​Suriyada 10 min türkmənin taleyindən xəbər yoxdur

​Suriyada 10 min türkmənin taleyindən xəbər yoxdur Ötən gecə 200 türkmən ailəsi isə Türkiyəyə sığınıb
Digər ölkələr
24 İyun , 2015 14:18
​Suriyada 10 min türkmənin taleyindən xəbər yoxdur

Bakı. 24 iyun. REPORT.AZ/ Ötən gecə 200 türkmən ailəsi Suriyada İŞİD-dən sonra kürdlərin Demokratik Birlik Partiyası (PYD) silahlılarının təzyiqlərindən qaçaraq Türkiyəyə sığınıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Belə ki, Suriyanın Tel-Abyad bölgəsini ələ keçirən PYD terrorçuları türkmənlərin kəndlərinə gedərək, onlardan ərazini boşaltmağı tələb ediblər. Kürd terrorçuları yerli sakinləri hədələyərək, bildiriblər ki, çıxıb getməsələr, o zaman kəndi bombalayacaqlar.

Məlumata əsasən, türkmənlər doğma yurdlarını tərk etsələr də, Suriyaya - öz evlərinə qayıtmaq üçün Türkiyədən yardım istəyiblər.

Xəbərdə bildirilib ki, Suriyanın Rakka bölgəsindən qaçan 10 minə yaxın türkmənin taleyindən məlumat yoxdur.  

Son xəbərlər

Orphus sistemi