Yuxarı

​Suriya XİN: "Rusiyanın Suriyadakı əməliyyatları ölkənin suverenliyini pozmur"

Rusiya Suriyaya ölkə rəhbərliyinin xahişi ilə gəlib

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Rusiyanın Suriyadakı hərəkətləri "yaxşı hazırlanıb, buna Moskva və Dəməşq arasında mövcud olan sıx qarşılıqlı münasibətlər şərait yaradıb".

"Report" xəbər verir ki, bunu Suriya baş nazirinin müavini və xarici işlər naziri Valid Muallim bəyan edib.

"Rusiya ciddi şəkildə BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində hərəkət edib, o Suriyaya ölkə hakimiyyətinin xahişi ilə gəlib", - deyə XİN rəhbəri qeyd edib.

Nazirin sözlərinə görə, "bu addım Suriyanın müstəqilliyini pozmur, Rusiya Suriyanın suverenliyi çərçivəsində hərəkət edir".

"Rusiya aviasiyasının zərbələri Təhlükəsizlik Şurasının terror təşkilatı hesab etdiyi "İraq-Şam İslam Dövləti" (İŞİD), "Cəbhat ən-Nüsra" və "Əhrar əş-Şam" qruplaşmalarına qarşı yönəlib", - deyə o bildirib.

Muallim iddia edir ki, "bu gün Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyatlarına Suriyada münaqişənin qızışdırılmasının arxasında duran ölkələr etiraz edirlər. Bunlar ABŞ, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi