Suriya XİN başçısı gələn həftə Rusiyaya səfər edəcək

Suriya XİN başçısı gələn həftə Rusiyaya səfər edəcək Onun səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir
Digər ölkələr
18 Noyabr , 2015 20:54
Suriya XİN başçısı gələn həftə Rusiyaya səfər edəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Suriya xarici işlər naziri Valid Muallim gələn həftə Rusiyaya səfər edəcək. Onun səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirininin müavini Mixail Boqdanov məlumat verib. 

"Ümid edirik ki, hər iki nazir arasındakı danışıqlar faydalı olacaq", - o deyib. 

M.Boqdanov əlavə edib ki, görüşdə 2012-ci il iyunun 30-da imzalanmış Cenevrə razılaşmasına uyğun olaraq terrorizmlə mübarizədə gələcək addımlar, siyasi proseslərdə irəliləyiş və s. məsələlərə toxunulacaq. 

Son xəbərlər

Orphus sistemi