Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb

Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb Koalisiya qüvvələri terrorçuların mövqelərinə 19 min aviazərbə endirib
Digər ölkələr
22 Mart , 2017 20:46
Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb

Bakı. 22 mart. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatının 180-dən çox rəhbərini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Məlumata görə, koalisiya aviasiyası İŞİD-in mövqelərinə 19 mindən çox zərbə endirib. Nəticədə onminlərlə yaraqlı, o cümlədən 180-dən çox yüksək və orta vəzifəli qruplaşma lideri zərərsizləşdirilib. Onların arasında İŞİD lideri Əbubəkr əl-Bağdadinin demək olar ki, bütün müavinləri, qruplaşmanın qondarma informasiya, neft və qaz, maliyyə və hərbi nazirləri, həmçinin xarici kəşfiyyat rəhbəri də var.

Son xəbərlər

Orphus sistemi