Suriya və İraqda İŞİD-ə qoşulan minlərlə insan ölkələrinə qayıdıb

Suriya və İraqda İŞİD-ə qoşulan minlərlə insan ölkələrinə qayıdıb Söhbət 33 ölkədən olan kişi, qadın və uşaqdan gedir
Digər ölkələr
24 Oktyabr , 2017 22:44
Suriya və İraqda İŞİD-ə qoşulan minlərlə insan ölkələrinə qayıdıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Suriya və İraqda İŞİD-ə qoşulan azı 5,6 min nəfər öz ölkələrinə qayıdıb.

“Report”un RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, söhbət 33 ölkədən olan kişi, qadın və uşaqdan gedir.

Keçmiş Sovet İttifaqı ölkələrindən İŞİD-ə 8717 döyüşçü qoşulub. Bundan başqa, Yaxın Şərqdən 7000-dək insan burada yaşayıb. Habelə Şərgi Avropa ölkələrindən də Suriya və İraqa 5700 döyüşü yollanıb.

Məlumata görə, Rusiyadan Suriya və İraqa İŞİD tərkibində mübarizə aparmaq üçün gedən 3417 nəfərdən 400-ü geri qayıdıb. Səudiyyə Ərəbstanı və Tunisə müvafiq olaraq 760 (3200 insandan) və 800 (2900 nəfərdən) insan qayıdıb. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyadan 4000-dək, keçmiş Sovet İttifaqı ölkələrindən isə 5000-dək insanın İŞİD tərkibində döyüşdüyünü açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi