Yuxarı

Baş nazir: "Suriya və İraqda 80 fransız ölüb"

Fransızlardan 750 nəfəri ya olub, ya da oradadır, 260-ı qayıdıb

Bakı. 9 fevral. REPORT.AZ/ İraq və Suriyada "islamçı" adı altında döyüşən dəstələrin şəbəkəsində 1400-ə yaxın Fransa vətəndaşı var.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Manüel Vals deyib.

Onun sözlərinə görə, belə qruplarda döyüşən və ya onların təmsilçisi olan 80 fransız ölüb.

"Bu şəbəkələrdə döyüşən və ya onların təmsilçisi olan təxminən 1,4 min Fransa vətəndaşını müəyyənləşdirmişik. Onların 750 nəfəri ya orada olub, ya da oradadır, 260-ı qayıdıb, 80 fransız isə orada ölüb", - baş nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi