Suriya və İraqda 700 fransız İŞİD sıralarında döyüşür

Suriya və İraqda 700 fransız İŞİD sıralarında döyüşür Fransadan 200 nəfər Yaxın Şərqə qayıdaraq hərbi əməliyyatlarda iştirak edir
Digər ölkələr
374
18 Yanvar , 2017 07:52
Suriya və İraqda 700 fransız İŞİD sıralarında döyüşür

Bakı. 18 yanvar. REPORT.AZ/ Fransanın təxminən 700 vətəndaşı İŞİD terror qruplaşmasına qoşularaq Suriya və İraqda döyüşür.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın Terrorizmlə Mübarizə üzrə Koordinasiya Qrupunun rəhbəri Loik Qarne bildirib.

"Hesablamalara görə, bu ərazilərdə fransızların və ya Fransa sakinlərinin sayı 700 nəfərdir. Amma təxminən 232 nəfər öldürülüb" – deyə Loik Qarne "Figaro" qəzetinə müsahibəsində qeyd edib.

O həmçinin bildirib ki, 2015-ci ildə bütün Yaxın Şərq ərazisində İŞİD-ə qoşulmuş əcnəbilərin sayı təxminən 30 min nəfər təşkil edirdi. İndi bu göstərici 12 min nəfərə qədər azalıb. Qarnenin sözlərinə görə, onların arasında 3000 avropalı var.

Terrorizmlə Mübarizə üzrə Koordinasiya Qrupunun rəhbəri həmçinin vurğulayıb ki, Fransa ərazisindən təxminən 200 nəfər Yaxın Şərqə qayıdaraq hərbi əməliyyatlarda iştirak edir.

Son xəbərlər

Orphus sistemi