​Suriya və İraqda 20 mindən artıq əcnəbi döyüşür

​Suriya və İraqda 20 mindən artıq əcnəbi döyüşür Onların 3,4 min nəfəri Qərb dövlətlərinin vətəndaşlarıdırlar
Digər ölkələr
11 Fevral , 2015 05:48
​Suriya və İraqda 20 mindən artıq əcnəbi döyüşür

Bakı. 11 fevral. REPORT.AZ/ Təqribən 20 min əcnəbi Suriya və İraqda gedən hərbi əməliyyatlarda, xüsusilə də, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının sıralarında döyüşür.

"Report" xəbər verir ki, bu məlumatları ABŞ Konqresinin Nümayəndələr Palatasının Milli Təhlükəsizlik Komitəsinin sənədlərinə istinadən "Associated Press" yayıb.

Qeyd olunur ki, terrorçuların tərəfində Qərb dövlətlərinin ən azı 3,4 min vətəndaşı döyüşür.

Sənədlərə əsasən, 150 ABŞ vətəndaşı münaqişə zonasına düşməyə cəhd göstərib. Bildirilir ki, vətəndaşların bir qismi Suriya və İraqa gedən yolda saxlanılıb, qalan hissəsi isə hərbi əməliyyatlarda həlak olub.

Son xəbərlər

Orphus sistemi