Suriya üzrə danışıqların növbəti mərhələsi tarixi açıqlanıb

Suriya üzrə danışıqların növbəti mərhələsi tarixi açıqlanıb Staffan de Mistura: “Növbəti mərhələ əvvəlkilərlə müqayisədə çox qısa olacaq”
Digər ölkələr
11 May , 2017 15:25
Suriya üzrə danışıqların növbəti mərhələsi tarixi açıqlanıb

Bakı. 11 may. REPORT.AZ/ Suriya üzrə danışıqların növbəti mərhələsi mayın 16-19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura mayın 11-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu mərhələ əvvəlkilərlə müqayisədə çox qısa olacaq: “Müzakirələrin işgüzar keçməsi nəzərdə tutulub”.

Xüsusi nümayəndə bildirib ki, danışıqların keçirilməsi tarixi planlaşdırılarkən müsəlmanların Ramazan ayı nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi