​Suriya üsyançıları Dəməşqi raket atəşinə tutublar

​Suriya üsyançıları Dəməşqi raket atəşinə tutublar "İslam ordusu" qruplaşmasının paytaxta ən azı 40 raket atdığı bildirilir
Digər ölkələr
25 Yanvar , 2015 22:10
​Suriya üsyançıları Dəməşqi raket atəşinə tutublar

Bakı. 25 yanvar. REPORT.AZ/ Suriya üsyançıları paytaxt Dəməşqi raket atəşinə tutublar. Nəticədə 7 nəfərin öldüyü bildirilir.

"Report" xəbər verir ki, bu barədə Britaniyada yerləşən Suriya insan haqlarına riayət olunması üzrə monitorinq mərkəzi məlumat yayıb.

Məlumata görə, "İslam ordusu" qruplaşması paytaxta ən azı 40 raket atıb.

Üsyançılar özləri isə bu addımın hökumət qoşunlarının ötən həftə Dəməşq ətrafına on nəfərin ölümü ilə nəticələnən aviahücuma cavab olaraq atıldığını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi