Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib

Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib Nazirlik türk qoşunlarının regiona daxil olmasını qanun pozuntusu adlandırıb
Digər ölkələr
14 Oktyabr , 2017 21:29

Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriyanın Xarici İşlər Nazirliyi Ankaradan türk qoşunlarını İdlib vilayəti ərazisindən çıxarmağı tələb edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Suriya Xarici İşlər Nazirliyinin dövlət televiziyasındakı rəsmi bəyanatına istinadən xəbər verib. 

Suriyanın Xarici İşlər Nazirliyində türk qoşunlarının regiona daxil olmasını qanun pozuntusu və "ağır təcavüz" adlandırıblar.

Türkiyə öz növbəsində əmin edib ki, İdlibdə hərbi qrup deeskalasiya zonası üzərində nəzarət üçündür.

Son xəbərlər

Orphus sistemi