Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var

Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var Suriyanın şimal-şərqindəki Rasulayn şəhərində terror aktı törədilib.
Digər ölkələr
26 İyul , 2020 13:31
Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var

Suriyanın şimal-şərqindəki Rasulayn şəhərində terror aktı törədilib.

“Report” xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. Partlayış 8 nəfərin ölümünə, 10-dan çox insanın yaralanmasına səbəb olub.

“Al Arabiya” telekanalının məlumatına görə, hadisə bazarın yaxınlığında qeydə alınıb. Belə ki, avtomobilin içərisində olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 19 nəfər yaralanıb.

Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının dördüncü günü terrorçulardan azad edilib.

Son xəbərlər

Orphus sistemi