Suriya-Türkiyə sərhədi yaxınlığında partlayış baş verib, ölən və yaralananlar var

Suriya-Türkiyə sərhədi yaxınlığında partlayış baş verib, ölən və yaralananlar var Bakı. 12 noyabr. REPORT.AZ/ Suriya-Türkiyə sərhədi yaxınlığında, Cerablus şəhərində partlayış törədilib.
Digər ölkələr
12 Noyabr , 2018 20:35
Suriya-Türkiyə sərhədi yaxınlığında partlayış baş verib, ölən və yaralananlar var

Bakı. 12 noyabr. REPORT.AZ/ Suriya-Türkiyə sərhədi yaxınlığında, Cerablus şəhərində partlayış törədilib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərargahı Dəməşqdə yerləşən Suriya İnsan Hüquqları Şəbəkəsinin rəhbəri Əhməd Kazım məlumat verib. 

Onun sözlərinə görə, partladıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb. 

Qeyd edək ki, Cerablus qanunsuz hərbi birləşmələrin və “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi