Yuxarı
    Bağlamaq

    Suriya qüvvələri Hələb ətraflında döyüşlərə başlayıb

    Şiddətli döyüşlər nəticəsində Bəşər Əsəd qüvvələri üç kəndi ələ keçirə bilib

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Prezident Bəşər Əsədə sadiq olan Suriya qoşunları Hizbulla və İran döyüşçülərinin dəstəyi ilə Hələb şəhərində nəzarəti yaraqlılar və cihadçı döyüşçülərdən geri almaq istiqamərində xeyli irəliləyişə nail olublar.

    "Report"un "Amerikanın səsinə" istinadən verdiyi məlumata görə, ordunun keçirdiyi hərbi kampaniya sentyabrın 30-da Rusiyanın başlatdığı hava hücumlarından bəri üsyançı döyüşçülərə qarşı həyata keçirilən bir neçə hücumdan biridir.

    Belə ki, hazırda ordu şəhərin özündən deyil, Hələbin ətrafındakı bölgələrdə "təmizləmək" aparır. İki milyon əhalisi olan şəhər isə hökumət qüvvələri ilə yaraqlılar arasında bölünüb.

    Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, ordu və onun müttəfiqləri şiddətli döyüşlər nəticəsində 3 kəndi ələ keçirə bilib. Döyüşlər nəticəsində 17 islamçı yaraqlı və 8 əsgər həlak olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi