​Suriya qoşunu Əl-Hader şəhərini terrorçulardan azad edib

​Suriya qoşunu Əl-Hader şəhərini terrorçulardan azad edib Hücumda zamanı Suriya qoşunlarına "Hizbullah" döyüşçüləri köməklik göstərib
Digər ölkələr
12 Noyabr , 2015 22:42
​Suriya qoşunu Əl-Hader şəhərini terrorçulardan azad edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətində hökumət qoşunları terrorçuları məğlubiyyətə uğradaraq Əl-Hader şəhərinə nəzarəti ələ keçirib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunadək şəhər "Cəbhat ən-Nüsra" və digər ekstremist qruplaşmaların nəzarəti altında olub.

Bəzi məlumatlara görə, hücum zamanı Suriya qoşunlarına Livanın "Hizbullah" hərəkatının döyüşçüləri köməklik göstərib.

İndi hərbçilərin qarşısında Dəməşq-Hələb yolunun terrorçuların nəzarəti altında olan bir hissəsini azad etmək vəzifəsi durur. Yolun böyük hissəsi artıq hökumət qoşunlarının nəzarətinə keçib.

Son xəbərlər

Orphus sistemi