Suriya qoşunları Zabadani şəhərini ələ keçirib

Suriya qoşunları Zabadani şəhərini ələ keçirib Bu şəhər Dəməşq və Beyrutu birləşdirən magistrala yaxın strateji əhəmiyyətli kəsb edib
Digər ölkələr
5 İyul , 2015 10:15
Suriya qoşunları Zabadani şəhərini ələ keçirib

Bakı. 5 iyul. REPORT.AZ/ Suriya qoşunları müttəfiq Hizbullah qüvvələri ilə birgə, üsyançıların nəzarət etdiyi Zabadani şəhərinə hücum təşkil edib.

"Report" Sputnik agentliyinə istinadən xəbər verir ki, paytaxt Dəməşq şəhərindən 25 kilometr şimal-qərbdə yerləşən Zabadani, bu bölgədə üsyançıların nəzarəti altında olan sonuncu əhəmiyyətli şəhər idi.

Bu şəhər həm də Dəməşq və Beyrutu birləşdirən magistrala yaxın strateji əhəmiyyətli kəsb edib.

Sakinlərin şəhəri tərk etdiyi bildirilir.

Zabadani uğrunda döyüşlərlə bağlı xəbərlər cümə axşamı və cümə günü Hələb şəhərində baş vermiş qarşıdurmanın ardından gəlib.

Suriyada sin dörd ildə 230 mindən çox insanın həlak olduğu bildirilir. 11.5 milyon insanın isə evlərindən didərgin düşdüyü deyilir.

Son xəbərlər

Orphus sistemi