Suriya qoşunları Palmira şəhərinə daxil olub

Suriya qoşunları Palmira şəhərinə daxil olub Ordu şəhəri İŞİD terrorçularından almaq üçün gərgin döyüşlər aparıb
Digər ölkələr
26 Mart , 2016 18:32
Suriya qoşunları Palmira şəhərinə daxil olub

Bakı. 26 mart. REPORT.AZ/ Suriya hökumət qüvvələri hava hücumlarının da dəstəyi ilə bir neçə cəbhədən qədim Palmira şəhərinə daxil olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidəsi qrupu məlumat yayıb.

Ordu şəhəri İŞİD terrorçularından almaq üçün gərgin döyüşlər aparıb.

Terrorçu qruplaşmanın üzvləri Parmirada arxeoloji abidələri dağıtmaqla bütün dünyada narahatlığa səbəb olmuşdu. 2 min yaşı olan məbədlər, tağ və bir neçə bürc məhv edilib.

Son xəbərlər

Orphus sistemi