​Suriya ordusu terrorçuların Deraa şəhərinə hücumunun qarşısını alıb

​Suriya ordusu terrorçuların Deraa şəhərinə hücumunun qarşısını alıb Çoxlu sayda yaraqlı, onların silah və texnikası məhv edilib
Digər ölkələr
18 Noyabr , 2015 01:50
​Suriya ordusu terrorçuların Deraa şəhərinə hücumunun qarşısını alıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Suriya Silahlı Qüvvələri terrorçuların ordunun mövqelərini yararaq Deraa şəhərinə daxil olmaq cəhdlərinin qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə brifinqdə ordunun rəsmi nümayəndəsi, briqada generalı Əli Mayhub bildirib.

"Suriya ordusu cənub regionunda terrorçuların hökumət qüvvələrinin mövqelərini yararaq Deraa şəhərinə daxil olmaq cəhdlərinin qarşısını almaqla Şeyx-Miskin yaşayış məntəqəsi zonası üzərində nəzarəti ələ alıb. Çoxlu sayda yaraqlı, onların silah və texnikası məhv edilib. Deraa yaxınlığında ekstremistlərin iki komanda məntəqəsi, partlayıcı maddələr istehsalı sexi zərərsizləşdirilib. Ordu Dəməşq yaxınlığında cənub beynəlxalq avtostradaya nəzarət zonasını genişləndirib", — deyə Mayhub bildirib.

Son xəbərlər

Orphus sistemi