Yuxarı
    Bağlamaq

    ​Suriya ordusu Rəqqada strateji yüksəklikləri ələ keçirib

    Hökumət qüvvələri vilayətin qərb tərəfindən hücuma keçiblər

    Bakı. 14 fevral. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri Rəqqa əyalətinin qərbində yerləşən strateji yüksəkliklər üzərində nəzarəti ələ keçiriblər.

    "Report" xəbər verir ki, bu barədə bazar günü hərbi mənbəyə istinadən "Sputnik" agentliyi məlumat yayıb.

    "Suriya ordusu Rəqqa əyalətinin qərb tərəfindən hücuma keçib. İŞİD terrorçuları ilə şiddətli döyüşdən sonra strateji yüksəkliklər üzərində nəzarəti ələ keçirmək mümkün olub", — deyə mənbə bildirib.

    Bunadək İŞİD terrorçuları Suriyanın şimal-şərqində yerləşən Rəqqa əyalətini ələ keçirərək oranı "xilafət"in paytaxtı elan etmişdilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi